Rusiyada marşal Jukovun anadan olmasının 130 illiyinə həsr olunmuş xüsusi tədbir keçiriləcək
Moskva, 26 noyabr (Hibya) - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sovet İttifaqı marşalı Georgi Jukovun anadan olmasının 130-cu ildönümü münasibətilə açıqlama verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sovet İttifaqı marşalı Georgi Jukovun anadan olmasının 130-cu ildönümü münasibətilə açıqlama verib.
Zaxarova dekabrın 1-də Jukovun anadan olmasının 130-cu ildönümünün qeyd olunacağını bildirərək, bu münasibətlə Qələbə Muzeyində “Jukov: İrsi” adlı beynəlxalq açıq forumun keçiriləcəyini açıqlayıb. Jukov XX əsrin görkəmli hərbi sərkərdələrindən biri və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş şəxs kimi xatırlanır.
Azərbaycan İnformasiya Agentliyi