Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Şükran Günü münasibətilə sosial media hesabında paylaşım edib.

Tramp ABŞ iqtisadiyyatının artımına dair məlumatların gecikmə ilə və yanlış şəkildə dərc edildiyini iddia edərək məsələ ilə bağlı araşdırma aparılmasının vacibliyini bildirib. Radikal solçular adlandırdığı qrupları da tənqid edən Tramp mülkiyyətin yenidən bölüşdürülməsinə yönəlmiş siyasətin ölkəyə zərər verəcəyini qeyd edib.

Miqrasiya siyasətinə də toxunan Tramp xüsusilə Minnesota ştatında yaşayan Somali əsilli miqrantları hədəf alan açıqlamalar verib. Qanunsuz miqrantların deportasiya edilməsinin vacibliyini bildirən Tramp cinayət törətmiş miqrantların öz ölkələrinə geri göndərildiyini qeyd edib.

Ağ Evdə aparılan yenidənqurma işlərinə dair tənqidlərə də cavab verən Tramp binanın texniki xidmət və təmir işlərini həyata keçirdiyini, yeni bal zalının inşa ediləcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp