Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb
Berlin, 21 iyul (Hibya) – Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Berlində iki ölkə arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair Birgə Bəyannaməni imzalayıblar.
Azərbaycan ilə Almaniya arasında bir sıra sazişlər imzalanıb.
İyulun 21-də Berlində keçirilən imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"ni imzalayıblar.
Mərasimdə həmçinin Azərbaycan-Almaniya İş Şurasının yaradılması və fəaliyyəti ilə bağlı Birgə Bəyannamə də imzalanıb.
Azərbaycan İnformasiya Agentliyi