Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani Dohaya səfər edən Nigerin xarici işlər naziri Bakary Yaou Sangare ilə görüş keçirib.

Görüş zamanı Niger Prezidenti general Abdourahamane Tchiani tərəfindən Əmir Ata Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı münasibətilə Qətər Dövlətinə ünvanlanmış başsağlığı məktubu Baş nazir Al Saniyə təqdim olunub.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi yollarını, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp