Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan və Böyük Britaniya iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədilə birgə bəyannamə qəbul ediblər. 12 noyabr 2026-cı ildə Dublində qəbul edilən bəyannamə tərəflərin qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq əsasında münasibətlərini inkişaf etdirmək əzmini ortaya qoyub.

Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqlik bir daha təsdiqlənib, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətin vacibliyi vurğulanıb. Böyük Britaniya Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin edilməsi məqsədilə ikitərəfli dialoq vasitəsilə aparılan səylərə dəstəyini bir daha ifadə edib.

Əməkdaşlıq üç əsas istiqamət üzrə müəyyənləşdirilib. Müdafiə və təhlükəsizlik sahəsində tərəflər təlim, potensialın artırılması, qarşılıqlı fəaliyyət qabiliyyəti və müdafiə sənayesi üzrə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyiblər. Hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və hüquqi əməkdaşlığın da gücləndirilməsi qərara alınıb.

Ticarət, investisiya və iqtisadi artım istiqamətində bərpaolunan enerji, infrastruktur, xidmətlər, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar prioritet əməkdaşlıq sahələri sırasında yer alıb. Tərəflər həmçinin Orta Dəhlizin inkişaf etdirilməsini, nəqliyyat və logistika layihələrinin dəstəklənməsini və iki ölkənin işgüzar dairələri arasında əlaqələrin artırılmasını nəzərdə tutublar.

Təhsil və innovasiya sahəsində isə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, elmi tədqiqatlar və texnologiyaların inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi hədəflənib. Süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri də birgə fəaliyyət sahələri sırasında göstərilib.

Bəyannamə çərçivəsində tərəflər üç əsas istiqamət üzrə irəliləyişi qiymətləndirmək, növbəti dövrün prioritetlərini müəyyənləşdirmək və əməkdaşlığın gedişini izləmək məqsədilə hər il Strateji Tərəfdaşlıq Görüşü keçirmək barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp