Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST vərəmlə mübarizədə irəliləyiş əldə edildiyini, lakin xəstəliyə son qoymaq üçün səylərin sürətləndirilməsinin vacib olduğunu bildirib.

Təşkilatın açıqlamasına görə, 2015-ci ildən bəri vərəmə yoluxma tezliyi 14 faiz azalıb. Lakin bu göstərici 2025-ci il üçün müəyyən edilmiş 50 faizlik azalma hədəfindən aşağı qalıb.

Eyni dövrdə vərəmlə əlaqəli ölüm halları 35 faiz azalıb. Bununla da ÜST-nin Vərəmə Son Qoyulması Strategiyası çərçivəsində ölüm hallarının azaldılması üzrə ilk hədəfə beş il gecikmə ilə nail olunub.

ÜST 2000-ci ildən bəri vərəm müalicəsi sayəsində 86 milyon insanın həyatının xilas edildiyini, təkcə 2025-ci ildə isə 10,6 milyon insanın bu xəstəliyə yoluxduğunu açıqlayıb.

Təşkilat vərəmə son qoyulmasının siyasi iradə, milli investisiyalar və elmi tədqiqatlar vasitəsilə mümkün olduğunu vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp