Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı dostluq münasibətləri və strateji tərəfdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Nikuşor Dan İlham Əliyevi Rumıniyada qəbul etməkdən məmnunluq duyacağını bildirib. İlham Əliyev isə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini və əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanların mövcud olduğunu qeyd edib.

İki lider strateji tərəfdaşlığın dərinləşdirilməsi, enerji və bağlantı layihələrinin irəlilədilməsi, eləcə də ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın Rumıniya və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulanıb. Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Xəzər dənizi ilə Qara dənizi birləşdirən layihələrin potensialı müzakirə olunub.

Tərəflər həmçinin nəqliyyat, şəhərlərarası əlaqələr, elm və təhsil sahələrində əməkdaşlığın, eləcə də müdafiə sənayesi üzrə münasibətlərin inkişaf etdirilməsi imkanlarını qiymətləndiriblər. Son dövrdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti də vurğulanıb.

Nikuşor Dan Buxarestdəki Heydər Əliyev Parkının iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin mühüm hissəsi olduğunu bildirərək, parkda aparılan yenidənqurma işlərinin uğurla davam etdiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp