Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın İrpin şəhərində keçirdiyi görüşlər çərçivəsində bir sıra ziyarətlər edib.

Bayramov İrpindəki Zərifə Əliyeva parkında görkəmli azərbaycanlı alim Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən liseyi və müharibədən sonra bərpa edilmiş şəhər poliklinikasını ziyarət edən Bayramov davam edən və planlaşdırılan yenidənqurma layihələri barədə məlumat alıb.

Bayramov bildirib ki, Azərbaycan İrpinin bərpasına dəstəyini davam etdirəcək və Azərbaycan ilə Ukrayna xalqları arasında humanitar əməkdaşlığın və dostluq münasibətlərinin gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp