Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack, texniki nasazlıq səbəbindən Qətərin ərazi sularında baş verən helikopter qəzasında həlak olanlar üçün başsağlığı diləklərini ifadə edib.

ABŞ hökuməti və xalqı adından kədərini ifadə edən Barrack bildirib: "Prezident Tramp və Amerika xalqı adından Qətərdə baş verən faciəvi helikopter qəzasında həyatını itirənlərin, o cümlədən türk və qətərli hərbçilərin və Türkiyənin müdafiə sənayesi əməkdaşlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm".

Hadisədən sonra Türkiyə və Qətərlə olan güclü əlaqələrə diqqət çəkən Barrack əlavə edib: "Bu çətin dövrdə müttəfiqlərimizin və tərəfdaşlarımızın yanındayıq".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp