Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Batumidə Mərkəzi Asiya ölkələrinin və Gürcüstanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş barədə açıqlama verib.

Bayramov görüşdə siyasi və diplomatik dialoqun dərinləşdirilməsi, nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və iqtisadi münasibətlərin gücləndirilməsi məsələlərinin müzakirə olunduğunu bildirib.

Görüşdə kənd təsərrüfatı, tekstil və kimya sənayesi, energetika və elektrotexnika sahələrində birgə layihələrin həyata keçirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi imkanları da nəzərdən keçirilib.

Bayramov turizm marşrutlarının inkişaf etdirilməsi, xalqlar arasında tarixi və mədəni əlaqələrin dərinləşdirilməsi və Böyük İpək Yolunun potensialından daha səmərəli istifadə olunması məsələlərinə də toxunub.

Nazir Bayramov regional bağlantıların gücləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə fəaliyyətin davam edəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp