Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Batumidə keçirilən Mərkəzi Asiya ölkələri və Gürcüstan xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşüblər.

Oktyabrın 23-də keçirilən görüşdə Qazaxıstan ilə Gürcüstan arasında münasibətlərin mövcud vəziyyəti və strateji tərəfdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib. Nazirlər siyasi dialoqun inkişaf etdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və tranzit əlaqələrinin təkmilləşdirilməsi, eləcə də mədəni və humanitar münasibətlərin gücləndirilməsi məsələlərinə diqqət yetiriblər.

Görüşün əsas mövzularından biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi olub. Bu çərçivədə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, limanların və dəmir yollarının səmərəliliyinin artırılması, tarif tənzimləmələrinin təkmilləşdirilməsi və elektron sənəd mübadiləsinin tətbiqi istiqamətində əlaqələndirilmiş fəaliyyət müzakirə edilib.

Tərəflər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında regional əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını da nəzərdən keçirərək Avropa və qlobal bazarlara çıxış baxımından etibarlı nəqliyyat əlaqələrinin əhəmiyyətini vurğulayıblar. Nəqliyyat, logistika, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin ali və yüksək səviyyəli təmasların qrafikini nəzərdən keçirib, beynəlxalq və regional məsələlər, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda hər iki tərəf ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və xarici işlər nazirlikləri arasında müntəzəm dialoqun davam etdirilməsi istiqamətində qarşılıqlı iradələrini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp