Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi 1 iyul 2026-cı ilin Birgə Aviasiya Komandanlığının yaradılmasının 14-cü ildönümünə təsadüf etdiyini açıqlayıb.

Nazirlik bildirib ki, bu xüsusi gün silahlı qüvvələrdə inteqrasiya, koordinasiya və üstünlük yanaşmasının inkişafını əks etdirir. Açıqlamada qeyd olunub ki, təlim proqramlarının vahidləşdirilməsi, texniki xidmət sistemlərinin inteqrasiyası və əməliyyat səmərəliliyinin artırılması ordunun hazırlıq səviyyəsini gücləndirib.

Birgə Aviasiya Komandanlığının komandanı briqada generalı Yusuf Abdullah Al Kaabi bildirib ki, bu komandanlıq silahlı qüvvələrin əsas sütunlarından biridir və şəxsi heyətin bacarıqlarının inkişafı ilə hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək.

Açıqlamada həmçinin vurğulanıb ki, bu fəaliyyətlər Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohammed bin Zayed Al Nahyanın baxışına uyğun şəkildə həyata keçirilir və ölkəyə tam sədaqətlə xidmət etməyi hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp