Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyi 12-13 iyul 2026-cı il tarixlərində İslamabadda keçirilməsi planlaşdırılan İƏT-in Qadınlar üzrə 9-cu Nazirlər Konfransına hazırlıq çərçivəsində Yüksək Səviyyəli Komitənin 6-cı iclasının keçirildiyini açıqlayıb.

İclasa sədrlik edən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar konfransın təşkili üzrə görülən işlərin gedişatını qiymətləndirib.

Görüşdə proqram layihəsi, gündəlik, protokol tədbirləri, təhlükəsizlik və logistika planlaşdırılması, media strategiyası və qurumlararası koordinasiya da daxil olmaqla hazırlıqların son vəziyyəti müzakirə olunub.

Komitə tədbirin problemsiz keçirilməsi üçün görüləcək tədbirləri müzakirə edib və bildirilib ki, konfrans qadınların gücləndirilməsi, inklüzivlik və davamlı inkişaf sahələrində əməkdaşlığı artırmaq məqsədilə İƏT-in 57 üzv ölkəsini bir araya gətirəcək.

İclasda həmçinin ədliyyə, hüquq və insan hüquqları üzrə federal nazir senator Azam Nazeer Tarar, informasiya texnologiyaları və telekommunikasiya üzrə federal nazir Şaza Fatima, SAPM Tariq Bajwa, xarici işlər katibi Amna Baloch, insan hüquqları katibi Abdul Khaliq Shaikh və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp