Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanı general-mayor Awad Saeed bin Musleh Al Ahbabi Nepalın BƏƏ-dəki səfiri Tej Bahadur və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

BƏƏ Müdafiə Nazirliyində keçirilən görüşdə hər iki tərəfdən müxtəlif rəsmilər də iştirak ediblər. Görüşdə BƏƏ ilə Nepal arasında birgə koordinasiyanın gücləndirilməsi istiqamətində addımlar müzakirə olunub.

Görüşün gündəliyində Nepaldakı son daşqınlardan sonra yaranmış humanitar vəziyyət də yer alıb. Tərəflər daşqından zərər çəkənlərin təcili ehtiyaclarını qiymətləndirərək, ehtiyacı olan şəxslərə lazımi humanitar yardım və dəstəyin çatdırılması imkanlarını müzakirə ediblər.

Görüşdə müzakirə olunan məsələlərin BƏƏ ilə Nepal arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verməsinin nəzərdə tutulduğu bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp