Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NATO-nun Baş katibi Mark Rutte Almaniya kansleri Friedrich Merz ilə danışdığını və NATO-nun avqustun 14-də Leipzigdə baş verən Rusiya hibrid hücumundan sonra Almaniya ilə tam həmrəylik içində olduğunu açıqlayıb.

Rutte sosial media hesabında etdiyi paylaşımda Merz ilə qısa müddət əvvəl danışdığını bildirərək, Leipzigdəki hücumla bağlı “Sübutlar aydındır” ifadəsini işlədib.

Almaniyanın hücuma cavab olaraq açıqladığı tədbirləri alqışlayan Rutte NATO-nun bütün müttəfiqlərini hər hansı təhdiddən çəkindirmək və müdafiə etmək qabiliyyətini gücləndirməyə davam edəcəyini bildirib.

Rutte NATO-nun Leipzigdə və Alyansın digər bölgələrində müşahidə olunan zərərli fəaliyyətlər də daxil olmaqla müxtəlif təhdidlərə qarşı hazırlığını davam etdirəcəyini qeyd edib.

Rusiyanın NATO ölkələrini qorxutmaq, Alyansın birliyini və Ukraynaya dəstək vermək iradəsini zəiflətmək cəhdlərinin uğursuz olacağını bildirən Rutte NATO-nun Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.

Rutte açıqlamasında deyib: “Ukraynaya dəstəyimiz sarsılmazdır, NATO-nun kollektiv müdafiəsinə sadiqliyimiz isə dəmir kimi möhkəmdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp