Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litvanın xarici işlər naziri Kestutis Budris Kris Kutoyar ilə görüşündə Litvanın 2027-ci ildə Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin prioritetlərini müzakirə edib. Budris Avropanın daha güclü müdafiə imkanları, sərhəd təhlükəsizliyi və dayanıqlılıq üzərində qurulmasının vacib olduğunu bildirib.

Hibrid hücumların, təxribatların, Qlobal Mövqeləndirmə Sistemi (GPS) siqnallarının qarışdırılmasının və miqrasiyadan vasitə kimi istifadə edilməsinin Avropanın qətiyyətini sınağa çəkdiyini qeyd edən Budris müdafiə investisiyalarının artırılmasına, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə və Avropa təhlükəsizliyi məsələlərində birlikdə hərəkət edilməsinə çağırıb.

Budris Ukraynanın bu gün Avropanı müdafiə etdiyini vurğulayaraq, bu reallığa daha güclü təhlükəsizlik siyasəti ilə cavab verilməli olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp