Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-nin dəniz blokadasını aşmağa çalışdığı bildirilən Palau bayrağı altında üzən M/V Pacific Archer adlı ticarət gəmisinin noyabrın 26-da Oman körfəzində hədəfə alındığını açıqlayıb.

CENTCOM-un açıqlamasına görə, Bəndər-Abbas limanından ayrılan gəminin ekipajına blokadanı pozduğuna görə bir neçə dəfə xəbərdarlıq edilib. Gəmi xəbərdarlıqlara baxmayaraq yoluna davam etdikdən sonra ABŞ-yə məxsus hərbi təyyarə dəqiq idarə olunan sursatla gəminin arxa hissəsini vurub.

Hücum nəticəsində gəminin hərəkətverici sisteminin sıradan çıxarıldığı, mülki ekipaj üzvlərinin isə xəsarət almadığı bildirilib. CENTCOM əməliyyatın ABŞ-nin dəniz blokadasını tətbiq etmək səyləri çərçivəsində həyata keçirildiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp