Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çin Mülki Aviasiya Administrasiyası ötən ay ölkə üzrə hava yolu ilə daşınan sərnişinlərin sayının 3,9 faiz artaraq 74 milyon 629 minə çatdığını, müntəzəm reyslərdə doluluq səviyyəsinin isə 86,3 faiz olduğunu açıqlayıb.

Qurumun bu gün açıqladığı iyul ayına dair əsas əməliyyat statistikasına görə, daxili reyslərlə daşınan sərnişinlərin sayı illik müqayisədə 4,1 faiz artaraq 67 milyon 369 minə çatıb. Eyni dövrdə beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı isə 2,3 faiz artımla 7 milyon 260 min olub.

Digər tərəfdən, məlumatlar iyul ayında hava yolu ilə daşınan yük və poçtun həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq 864 min tona düşdüyünü göstərib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp