Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NATO Bolqarıstandakı qüvvələrinin ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş vəzifələrini davam etdirdiyini açıqlayıb. Alyansın paylaşımında NATO qüvvələrinin quruda artilleriya bölmələri, ağır zirehli qüvvələr və mexanikləşdirilmiş piyadalarla fəaliyyət göstərdiyi bildirilib.

Açıqlamada NATO bölmələrinin Bolqarıstanın təhlükəsizliyini təmin etmək məqsədilə sahədə hazırlıqlarını davam etdirdiyi qeyd olunub.

Reaktiv təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin isə havadan gələ biləcək təhdidlərə qarşı müdafiə təmin etdiyi bildirilib.

NATO paylaşımında “Hazır qalmaq” mesajı ilə alyans qüvvələrinin quru və hava elementləri ilə mümkün təhdidlərə qarşı hazırlıqlı olduğunu vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp