Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson müharibə naziri Pit Heqsetə qarşı gündəmə gətirilən impiçment təşəbbüsünə münasibət bildirib. Conson bu təşəbbüsün diqqəti cəlb etməyə yönəlmiş siyasi manevr olduğunu iddia edib.

Heqsetin öz vəzifəsini müstəsna şəkildə yerinə yetirdiyini bildirən Conson beynəlxalq münaqişələrin yaşandığı bir vaxtda müharibə nazirinin vəzifədən uzaqlaşdırılmasına cəhd edilməsinin həm düşmənlərə, həm də müttəfiqlərə yanlış mesaj göndərəcəyini vurğulayıb.

Conson belə bir siyasi oyunun iştirakçısı olmayacaqlarını qeyd edərək, təşəbbüsü utancverici adlandırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp