Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari Paris Sülh Forumu çərçivəsində təşkil olunan "Sülh naminə vasitəçilik: Yeni iştirakçılar, yeni koalisiyalar, davamlı nəticələr" adlı sessiyaya qatılıb.

Vasitəçiliyin hazırda sadəcə diplomatik seçim deyil, zərurətə çevrildiyini bildirən Əl-Ənsari Qətərin Yəmən, Əfqanıstan, Ruanda və Konqo Demokratik Respublikası başda olmaqla müxtəlif bölgələrdə həyata keçirdiyi vasitəçilik fəaliyyətlərinə diqqət çəkib. HƏMAS və İsraillə, eləcə də İranla bağlı diplomatik təşəbbüsləri xatırladan Əl-Ənsari dialoq və diplomatiyanın regional gərginliyin qarşısını almağın əsas yolu olduğunu vurğulayıb.

Əl-Ənsari davamlı sülhün təmin edilməsi üçün region ölkələrinin təhlükəsizlik və suverenlik maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edərək, Qətər, Pakistan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. O, ölkələr arasında güclü tərəfdaşlıqların və əlaqələndirilmiş diplomatik təşəbbüslərin regional sülhə və sabitliyə töhfə verəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp