Dar: Bütün nazirliklər qənaətə dair göstərişlərin icrasını təmin etməlidir
İslamabad, 28 noyabr (Hibya) – Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın sədrliyi ilə toplanan Qənaət Tədbirləri Komitəsi dövlət qurumlarında xərclərin azaldılmasına dair qərarların icra vəziyyətini nəzərdən keçirib.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Darın sədrliyi ilə Xarici İşlər Nazirliyində Qənaət Tədbirlərinin Monitorinqi və İcrası Komitəsinin iclası keçirilib.
İclasda əvvəllər qəbul edilmiş qərarların icra vəziyyəti nəzərdən keçirilib, federal hökumətin və ona tabe olan departamentlərin qənaət tədbirlərinə riayət etməsi qiymətləndirilib. Xidmətlərin göstərilməsinə xələl gətirmədən yalnız ən zəruri xərclərə üstünlük verilməli olduğunu vurğulayan Dar deyib: “Bütün nazirliklər və əyalət hökumətləri qənaətə dair göstərişlərin tam şəkildə icrasını təmin etməlidir.”
İclasda informasiya texnologiyaları və telekommunikasiya naziri, Baş nazirin xüsusi köməkçisi Tariq Bacva, Nazirlər Kabineti, daxili işlər, Pakistan Seçki Komissiyası, informasiya və yayım üzrə katiblər, maliyyə üzrə xüsusi katib, bütün əyalətlərin, eləcə də Azad Cammu və Kəşmirin (AJK) və Gilgit-Baltistanın (GB) yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Azərbaycan İnformasiya Agentliyi