Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNICEF Boliviya, Meksika və ABŞ-nin qızılca xəstəliyinin eliminasiyası statusunu itirdiyini bildirib.

Panamerika Səhiyyə Təşkilatının (PAHO) komissiyasının qiymətləndirməsindən sonra açıqlama verən UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib: “Xəstəliyin nəzarət altında olduğu yerlərdə yenidən qızılcaya yoluxma hallarını müşahidə edirik və bunun bədəlini uşaqlar ödəyirlər. 2000-ci ildən bəri 59 milyon insanın həyatını xilas edən peyvəndimiz olduğu halda, əldə etdiyimiz nailiyyətləri itirməməliyik.”

Meksikada 13 min 900-ü, ABŞ-də isə 5 min 400-ü ötən yoluxma halları ilə son 35 ilin ən yüksək göstəriciləri qeydə alınıb. ABŞ-də yoluxma hallarının 96 faizinin peyvənd olunmamış şəxslər arasında qeydə alındığı bildirilib. İmmunitet boşluqlarının və peyvəndlə bağlı tərəddüdlərin epidemiyanın yayılmasına səbəb olduğunu vurğulayan UNICEF hökumətləri təcili olaraq peyvəndləmə əhatəsini genişləndirməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp