Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Xarici İşlər Nazirliyi Tehran Konfransının ildönümü münasibətilə yayımladığı mesajda müttəfiq dövlətlərin İkinci Dünya müharibəsində nasist Almaniyasına qarşı birgə mübarizə apardığını bildirərək konfransın müharibədən sonrakı dünya nizamının əsasını qoyduğunu qeyd edib.

Rəsmi hesabında açıqlama verən nazirlik 28 noyabr 1943-cü ildə Sovet İttifaqının Tehrandakı səfirliyində başlayan zirvə görüşündə SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin D. Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin ilk dəfə bir araya gəldiyini xatırladıb. Açıqlamada Ruzveltin konfransın açılışında söylədiyi “Buraya yalnız bir məqsədlə toplaşmışıq, o da müharibədə qalib gəlməkdir” sözlərinə yer verilib. Həmçinin Qızıl Ordunun Stalinqrad və Kurskdakı qələbələrinin Şərq cəbhəsində strateji üstünlüyü təmin etdiyi vurğulanıb.

Konfransda Avropada İkinci cəbhənin açılması və Birləşmiş Millətlər Təşkilatının (BMT) əsasını qoyan beynəlxalq təşkilatın yaradılması barədə qərarların qəbul edildiyini qeyd edən nazirlik liderlərin birgə bəyannaməsindəki sözləri paylaşıb: “Buraya ümidlə gəldik. Buradan əməldə, ruhda və məqsəddə dost olaraq ayrılırıq. Yer üzündə heç bir qüvvə alman ordularını quruda məhv etməyimizə mane ola bilməz.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp