Lazzarini: Qəzzada insanları öldürmək adi hala çevrilib
Qəzza, 28 noyabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Qəzzada hücumların davam etdiyini bildirərək, təkcə bu həftə aralarında “Sərhədsiz Həkimlər” (MSF) və UNRWA əməkdaşlarının da olduğu beş humanitar yardım işçisinin öldürüldüyünü açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini sosial media hesabında yayımladığı açıqlamada Qəzzada insanları öldürməyin adi hala çevrildiyini bildirib.
Lazzarini İsrail qüvvələrinin hər gün uşaqlar da daxil olmaqla dörd nəfəri öldürdüyünü bildirərək, bölgədəki mövcud vəziyyətin atəşkəs kimi qiymətləndirilə bilməyəcəyini vurğulayıb.
Qəzzada baş verənləri Fələstin xalqına qarşı aparılan və beynəlxalq ictimaiyyətin gündəmində getdikcə daha az yer tutan müharibə kimi səciyyələndirən Lazzarini, beynəlxalq medianın Qəzzaya girişinin əngəllənməsinin də hadisələrin yetərincə işıqlandırılmasına mane olduğunu vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi