Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Nazirliyin açıqlamasında bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regional inkişaflar və çoxtərəfli platformalarda əməkdaşlıq müzakirə olunub, tərəflər səmərəli və səmimi fikir mübadiləsi aparıblar.

Dar ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında Pakistanın regional sülh və sabitlik naminə həyata keçirdiyi diplomatik səylərə verdiyi dəstəyə görə Van İyə təşəkkür edib.

Van İ isə Pakistana 2026-2027-ci illərdə ŞƏT Dövlət Başçıları Şurasına sədrliyi və 2027-ci ildə ŞƏT Zirvə toplantısına ev sahibliyi edəcəyi münasibətilə uğurlar arzulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp