Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyi UNESCO-da Beaufort qalasının "birbaşa İsrail hərbi işğalı altında olduğu" üçün təhlükə altında olması ilə bağlı iddialara cavab olaraq bəyanat yayıb.

Nazirlik bu iddiaları qəbuledilməz adlandıraraq, Livandakı tarixi məkanları təhlükəyə atan tərəfin Hizbullah olduğunu iddia edib.

Bəyanatda bildirilib ki, Hizbullah XII əsrə aid Səlibçi qalasından uzun illər hərbi baza kimi istifadə edib, qalanın altında geniş tunel şəbəkəsi yaradıb və buradan İsrailə qarşı yüzlərlə raket, mərmi və pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

İsrail Xarici İşlər Nazirliyi həmçinin Hizbullahın qalaya nəzarət etdiyi illərdə Beaufort qalasının təhlükə altında olan irs abidəsi elan olunması istiqamətində heç bir təşəbbüs göstərilməməsini də tənqid edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp