Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu ilə bağlı açıqlama verib.

Hücumdan “dərin narahatlıq” duyduğunu bildirən Dar deyib: “Pakistan Kral Xalid Beynəlxalq Hava Limanına Husi hücumunu ən sərt şəkildə pisləyir”. Dar yaralananlar arasında altı Pakistan vətəndaşının olduğunu qeyd edərək, onlara tezliklə şəfa diləyib.

Mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumların qəbuledilməz olduğunu vurğulayan Dar deyib: “Bu cür hücumlar tamamilə qəbuledilməzdir, beynəlxalq hüququ pozur və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Belə hərəkətlər dərhal dayandırılmalıdır”.

Dar Səudiyyə Ərəbistanı rəsmiləri ilə əlaqə saxladıqlarını və hadisələrin inkişafını yaxından izlədiklərini bildirib. O, həmçinin Ər-Riyaddakı Pakistan səfirliyinə yaralanmış Pakistan vətəndaşlarına mümkün olan bütün dəstəyin göstərilməsi üçün müvafiq qurumlarla əlaqələndirmə aparmağı tapşırdığını qeyd edib.

Dar deyib: “Səudiyyə Ərəbistanının rəhbərliyi və qardaş xalqı ilə həmrəyik. Pakistan Məkkə Birgə Müdafiə Sazişinə uyğun olaraq Krallığın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sarsılmaz sadiqliyini davam etdirir”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp