Radman Husilərin Ər-Riyad hava limanına hücumunu pisləyib
Zaqreb, 11 oktyabr (Hibya) - Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman Husilərin Ər-Riyad hava limanına hücumunu pisləyərək, mülki şəxslərin və mülki aviasiyanın təhlükəsizliyinə hər zaman hörmət edilməsinin və bu təhlükəsizliyin qorunmasının vacibliyini bildirib.
Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücumu ilə bağlı açıqlama verib.
Hücumu qətiyyətlə pisləyən Radman deyib: “Mülki şəxslərin və mülki aviasiyanın təhlükəsizliyinə hər zaman hörmət edilməli və bu təhlükəsizlik qorunmalıdır”.
Radman hücum nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verərək bildirib: “Səudiyyə Ərəbistanı və dəyərli həmkarım Feysəl bin Fərhan ilə həmrəyik”.
Azərbaycan İnformasiya Agentliyi