Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriyanın Xarici İşlər və Xaricdə Yaşayan Suriyalılarla İş üzrə Nazirliyinin açıqlamasına görə, xarici işlər naziri Əsəd Həsən Şeybani Liviyanın Benqazi şəhərində Liviya Milli Ordusunun Baş komandanının müavini general-leytenant Səddam Xəlifə Həftər ilə görüşüb. Görüşdə Şeybanini Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Əbdülqadir Tahan müşayiət edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Bu çərçivədə Benqazidə Suriya Ərəb Respublikasının Baş Konsulluğunun açılması, tərəflər arasında ortaq təhlükəsizlik məsələləri və Liviyada itkin düşmüş Suriya vətəndaşlarının vəziyyətinin izlənilməsi məsələləri nəzərdən keçirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp