Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əl-Şaraa paytaxt Dəməşqdə Böyük Britaniyanın Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauelli qəbul edib.

Prezident Administrasiyasının yaydığı məlumata görə, görüşdə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani də iştirak edib.

Görüşdə Suriya ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər müzakirə olunub.

Tərəflər həmçinin regional və beynəlxalq hadisələri dəyərləndirərək, qarşılıqlı maraqlara xidmət etmək və bölgədə sabitliyi dəstəkləmək məqsədilə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp