Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Baş nazir və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani Qətər Dövlətinin Sülh Şurasına qoşulmasına dair sənədi imzalayıb.

Mərasimdə ABŞ Prezidenti Donald Tramp, eləcə də üzv dövlətlərin çoxsaylı lider və nümayəndələri iştirak ediblər. Baş nazir və Xarici İşlər naziri Əl-Tani, yeddi ərəb və islam ölkəsinin xarici işlər nazirləri ilə birlikdə, ABŞ Prezidentinin ölkələrinin liderlərini Sülh Şurasına qoşulmağa dəvət etməsini məmnunluqla qarşıladıqlarını bildiriblər.

Açıqlamada ölkələrin, Qəzzadakı münaqişənin sona çatdırılmasına yönəlmiş və BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə qəbul edilmiş hərtərəfli planda nəzərdə tutulan, keçid orqanı kimi Şuranın missiyasının icrasını dəstəkləməkdə qərarlı olduqları təsdiqlənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp