Russell: Mülki şəxslər və humanitar yardım işçiləri heç vaxt hədəf alınmamalıdır
Nyu-York, 11 mart (Hibya) - UNICEF-in İcraçı Direktoru Ketrin Rassell Konqo Demokratik Respublikasının Qoma şəhərində baş verən pilotsuz uçuş aparatı hücumunda UNICEF əməkdaşı Karin Buissenin həyatını itirməsi ilə bağlı dərin kədər və qəzəbini ifadə edib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İcraçı Direktoru Ketrin Rassell Qomada baş verən və həmkarlarından birinin ölümü ilə nəticələnən hücumla bağlı açıqlama verib.
Hücumdan duyduğu kədəri bölüşən Rassell deyib: “UNICEF-də hamımız Konqo Demokratik Respublikasının Qoma şəhərində pilotsuz uçuş aparatı hücumu nəticəsində həmkarımız Karin Buissenin öldürülməsindən dərin kədər və qəzəb hissi keçiririk. İlk düşüncələrim onun ailəsi, yaxınları və UNICEF-dəki həmkarları ilədir.”
Beynəlxalq humanitar hüquq çərçivəsində mülki şəxslərin toxunulmazlığını vurğulayan Rassell bildirib: “Humanitar yardım işçiləri də daxil olmaqla mülki şəxslər heç vaxt hədəf alınmamalıdır.”
Azərbaycan İnformasiya Agentliyi