Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kos ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda enerji, regional nəqliyyat əlaqələri, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.

Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki səylərinə və Naxçıvan dəmir yolu xəttinin bərpası ilə bağlı layihələrə dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm imkanların olduğu vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp