Əliyev Davosda Vestas Wind Systems-in yüksək səviyyəli rəhbəri ilə görüşüb
Bakı, 19 yanvar (Hibya) – Azərbaycan Prezidenti İlham Əliyev Davosda Vestas Wind Systems şirkətinin Qrup üzrə Baş Vitse-Prezidenti Morten Dyrholm ilə görüşüb.
Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində, xüsusilə külək enerjisi istiqamətində görülən mövcud işlər və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüş zamanı Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğu qeyd edilib, ölkədə mövcud əlverişli investisiya və biznes mühiti vurğulanıb. Tərəflər Azərbaycan ilə Vestas Wind Systems arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan İnformasiya Agentliyi