Əliyev İsrail Prezidenti Hersoq ilə görüş keçirib
Bakı, 14 Oktyabr (Hibya) - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.
Görüş əsnasında Prezident İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM / CICA) sədrlik edən Azərbaycanı təbrik edib. Hersoq Azərbaycanın sədrlik müddətinin 2026–2028-ci illər dövrü üçün uzadılmasını ölkəyə göstərilən yüksək etimadın təcəssümü kimi qiymətləndirib və bu qərardan məmnunluğunu dilə gətirib.
İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə CICA çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.
Prezident İlham Əliyev isə Azərbaycanın sədrliyi ilə bağlı verilən müsbət dəyərləndirmələrə görə təşəkkürünü çatdırıb. Əliyev Azərbaycanın sədr qismində CICA-ya üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki səylərini ardıcıl olaraq davam etdirdiyini vurğulayıb.
Görüşdə iki lider Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq və regional gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan İnformasiya Agentliyi