Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fevralın 13-də Prezident İlham Əliyev həyat yoldaşı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.

Həmin gün Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun Prezidenti Barzani ilə görüşüb. Görüşdə Barzaninin Azərbaycana əvvəlki səfərləri və Prezidentlə keçirdiyi görüşlər məmnunluqla xatırlanıb və bu təcrübələrin əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.

Tərəflər iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev Neçirvan Barzanini Azərbaycana səfərə dəvət edib və dəvət məmnuniyyətlə qəbul olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp