Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdə Azərbaycanın texnoloji transformasiya siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə süni intellekt sahəsində həyata keçirilən işlər müzakirə olunub. Tərəflər Oracle ilə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı marağın olduğunu bildirərək, tərəfdaşlıq perspektivinə dair çərçivə sazişinin əldə edildiyini qeyd ediblər.

Toplantıda Oracle xidmətlərinin Azərbaycanda dövlət və özəl sektor qurumlarına təqdim olunmasını əhatə edən uzunmüddətli əməkdaşlıq imkanları da dəyərləndirilib. Ölkənin aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən üç Oracle akademiyasının işi də əməkdaşlıq istiqamətləri sırasında yer alıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında siyasi münasibətlərin yüksək səviyyəsinə diqqət çəkilərək, iki ölkə hökumətləri arasında yaxın zamanda imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası”nın əhəmiyyəti vurğulanıb. Həmin sənəd çərçivəsində süni intellektin ikitərəfli əməkdaşlıqda prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp