Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Prezident Əliyev zirvə çərçivəsində etdiyi çıxışında türk dövlətləri arasında münasibətlərin getdikcə dərinləşdiyini bildirərək, xüsusilə son illərdə qarşılıqlı səfərlər və imzalanan strateji sazişlər vasitəsilə əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə nüfuzunun artdığını vurğulayaraq, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının yeni qlobal nizamın əsas elementlərinə çevrildiyini bildirib. Bu prosesdə türk dövlətlərinin öncül rol oynamalı olduğunu qeyd edən Əliyev, Azərbaycanda yaradılmış rəqəmsal idarəetmə və süni intellekt yönümlü qurumlara diqqət çəkib.

Çıxışında nəqliyyat və enerji xətlərinə də toxunan Əliyev bildirib ki, Orta Dəhlizin strateji əhəmiyyəti artır və Zəngəzur Dəhlizi bu marşrutun mühüm hissəsinə çevriləcək. O, həmçinin türk dövlətləri arasında gömrük prosedurlarının rəqəmsallaşdırılması və “e-Permit” sistemi kimi tətbiqlərlə ticarətin asanlaşdırıldığını xatırladıb.

Zirvə çərçivəsində liderlər Türk Sivilizasiya Mərkəzinin təməlqoyma mərasimində onlayn iştirak ediblər, həmçinin “GovTech” rəqəmsal həllərinin təqdimatı keçirilib. Layihə türk xalqlarının tarixi və mədəni irsinin qorunmasını və ortaq sivilizasiya perspektivinin gücləndirilməsini hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp