Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidentliyinin yaydığı məlumata görə, Prezident İlham Əliyev Davosda ABŞ Prezidenti Donald Trampla görüş keçirib. Görüş zamanı liderlər Prezident Donald Trampın yenidən vəzifəyə qayıdışından sonra müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qarşıladıqlarını bildiriblər.

Tərəflər Prezident Donald Trampın ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan və Azərbaycanla Ermənistan arasında sülh gündəmini irəli aparmağı hədəfləyən razılaşmaların asanlaşdırılmasında tarixi rolunu vurğulayıblar. Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan danışaraq, regionda sülhün artıq təmin olunduğunu bildirib.

Əliyev bu vəziyyətin ticarət münasibətlərində də əks olunduğunu qeyd edərək, Azərbaycan neft məhsullarının Ermənistana ixracına və idxal olunan taxılın Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinə diqqət çəkib. Prezidentlər həmçinin ikitərəfli münasibətlərin gələcək perspektivləri barədə fikir mübadiləsi apararaq, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini vurğulayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp