Elon Mask: Belçikanın paytaxtı artıq belçikalı deyil
Vaşinqton, 26 dekabr (Hibya) – Amerikalı milyarder Elon Mask Brüsselin uşaq əhalisinə dair statistikalara münasibət bildirərək, Belçikanın paytaxtının artıq belçikalı olmadığını iddia edib.
Amerikalı bloqçu Mario Nawfal X platformasında paylaşımında yazıb: “Rəsmi rəqəmlər göstərir ki, Brüsseldəki uşaqların demək olar ki, dörddə üçü artıq Avropa mənşəli deyil; bu, dərin sosial nəticələri olan bir transformasiyadır.”
Paylaşıma münasibət bildirən Elon Mask isə yazıb: “Belçikanın paytaxtı artıq belçikalı deyil.”
Azərbaycan İnformasiya Agentliyi