Elon Mask: X-ə qarşı hələ də böyük bir kiber hücum davam edir
X-in sahibi Elon Mask, günorta saatlarından bəri davam edən giriş problemləri ilə bağlı açıqlama verdi.
Günorta saatlarından bəri X (Twitter) sosial platformasına giriş sabit deyil. Elon Maskın sahibi olduğu platformaya bir çox istifadəçi daxil olmaqda çətinlik çəkir.
Elon Mask bildirib ki, X-ə qarşı hələ də böyük bir kiber hücum davam edir.
O, hər gün hücuma məruz qaldıqlarını vurğulayıb, lakin əlavə edib: "Bu dəfə hücum çox böyük resurslarla həyata keçirilib. Düşünürəm ki, bu işin arxasında böyük, koordinasiyalı bir qrup və/və ya bir dövlət var. Nəzarət davam edir..."
Azərbaycan İnformasiya Agentliyi