Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər Nazirliyi Misir, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman, Bəhreyn, Livan və Suriya ilə birlikdə, həmçinin regional təşkilatlarla ortaq bəyanat yayımlayıb.

Bəyanatda ABŞ səfirinin İsrailin işğal altındakı Qərb Sahili də daxil olmaqla ərəb torpaqları üzərində nəzarətinin qəbul edilə biləcəyinə dair fikirləri kəskin şəkildə qınanıb və dərin narahatlıq ifadə olunub.

Qeyd olunub ki, bu cür açıqlamalar beynəlxalq hüquq və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və regionun təhlükəsizliyi və sabitliyini təhdid edir.

Nazirliklər İsrailin işğal altındakı Fələstin torpaqları və digər ərəb torpaqları üzərində suverenliyinin olmadığını vurğulayıb, Qərb Sahilinin ilhaqı və ya Qəzza zolağının ayrılmasına yönəlik cəhdləri rədd edib və məskunlaşma fəaliyyətlərinin genişləndirilməsinə qarşı çıxıblar.

Bəyanatda həmçinin Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna və 4 iyun 1967-ci il sərhədləri əsasında müstəqil dövlət qurulmasına dəstəyin davam etdiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp