Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının Bakıdakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunan qəbulda iştirak edərək iki ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkib və səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.

Azərbaycan ilə Estoniya arasında ticarət, investisiya, nəqliyyat, logistika, enerji, təhsil, innovasiya və humanitar əlaqələr sahələrində mühüm əməkdaşlıq potensialının mövcud olduğunu vurğulayan Bayramov müsbət siyasi dialoqun konkret layihələrə çevrilməsinin vacibliyini qeyd edib.

Mövcud ikitərəfli mexanizmlərdən, xüsusilə Hökumətlərarası Komissiyadan səmərəli istifadənin əhəmiyyətinə toxunan Bayramov bildirib: “Estoniyanın Bakıda rezident səfirlik açması münasibətlərimizə yeni təkan verəcək, ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp