Estoniyadan Ukraynaya başsağlığı mesajı
Tallin, 18 iyun (Hibya) – Estoniya xarici işlər naziri Margus Tsahkna Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son hücumlarda həyatını itirənlərlə bağlı başsağlığı mesajı yayımlayıb.
Tsahkna bildirib ki, hücumlar baş verən gecə Avropanın böyük hissəsi sakitlik içində yatarkən, Kiyevdə dinc sakinlər pilotsuz uçuş aparatları və raketlərlə hədəf alınıb və təkcə bir gecədə 20-dən çox insan həlak olub.
Tsahkna Estoniyadakı Ukrayna səfirliyində açılan başsağlığı kitabını imzalayaraq hücumlarda həlak olanlara görə dərin kədərini ifadə edib. Tsahkna bəyanatında deyib: “Rusiyanın davam edən terroruna qarşı Ukrayna xalqı ilə həmrəyik.”
Azərbaycan İnformasiya Agentliyi