Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər Nazirliyi 29 noyabr – Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yayımladığı bəyanatda beynəlxalq həmrəyliyin işğala son qoyacaq effektiv mexanizmlərə çevrilməsinin vacibliyini vurğulayıb.

Dünya ictimaiyyətinə mənəvi, hüquqi və siyasi məsuliyyətlərini xatırladan nazirlik simvolik qınama və həmrəylik mesajlarından kənara çıxaraq İsrailin törətdiyi cinayətlərə qarşı konkret sanksiyaların tətbiq edilməsinə və cəzasızlıq siyasətinə son qoyulmasına çağırıb. Fələstin Dövlətini hələ tanımayan ölkələri öz müqəddəratını təyinetmə hüququna hörmət etməyə dəvət edən bəyanatda Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hədəfə alınmasına yönəlmiş cəhdlər də qətiyyətlə rədd edilib.

Nazirlik 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövləti yaradılmadan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 194 saylı qətnaməsinə uyğun olaraq fələstinli qaçqınların geri qayıtmaq hüququ təmin edilmədən regionda ədalətli və davamlı sülhün əldə olunmasının mümkün olmadığını bəyan edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp