Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş naziri Binyamin Netanyahu sosial media hesabında verdiyi açıqlamada ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə diqqət çəkərək milli birlik hökumətinin yaradılmasına çağırıb.

İsrail xalqına müraciətində parlamentdə baş verən son müzakirələrə və müxalifətin addımlarına toxunan Netanyahu “Həqiqət və ədalət məhkəmədə üzə çıxdı” deyərək ona qarşı aparılan məhkəmə proseslərini tənqid edib. Müxalifətlə ərəb partiyaları arasındakı əməkdaşlığa etiraz edən Netanyahu bildirib: “Knessetdə və hökumətdə baş verənlər hələ başlanğıcdır; onlar bir güllə belə atmadan ölkəni daxildən ələ keçirirlər. Terror tərəfdarları minlərlə fələstinliyə İsrail vətəndaşlığı verməyi planlaşdırırlar.”

Birlik hökumətinin yaradılmasının milli zərurət olduğunu vurğulayan Netanyahu deyib: “Mövcudluğumuza yönəlmiş təhdidin miqyasını və üzərimə düşən məsuliyyəti nəzərə alaraq hər şeyi bir kənara qoymağa hazıram. Ən böyük partiya prinsipini də nəzərə almaqla, Eyzenkot və Qants ittifaqının rotasiya çərçivəsində baş nazir vəzifəsini ilk olaraq icra etməsinə razıyam; mən isə müddətin əvvəlində baş nazirin müavini kimi fəaliyyət göstərə bilərəm. Təklifimdən dərhal sonra səmimi və dürüst danışıqların başlanmasını gözləyirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp