Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Braziliya Prezidenti Luis İnasio Lula da Silva seçki vədləri arasında yer alan şagirdlər üçün “Pé-de-Meia” maliyyə dəstəyi proqramının bütün orta təhsil səviyyələrinə genişləndirilməsi və ali təhsili əhatə edəcək yeni modelin yaradılması istiqamətində işləri davam etdirdiklərini açıqlayıb.

Sosial media hesabında paylaşım edən Lula heç bir gəncin maddi imkansızlıq səbəbindən təhsilini yarımçıq qoymaması üçün səy göstərdiklərini bildirib. Təhsilə yatırılan sərmayələrin ölkənin inkişafındakı roluna diqqət çəkən Lula deyib: “Təhsilə sərmayə qoymaq və təhsilə çıxışı təmin etmək ölkəmizin daha yüksək səviyyəyə yüksələcəyinin və bilik ixrac edən inkişaf etmiş ölkəyə çevriləcəyinin təminatıdır. Braziliyada baş verəcək olan məhz budur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp