Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyi 1932–1933-cü illərdə baş vermiş Holodomor qurbanlarının anım günü münasibətilə yayımlanan həmrəylik mesajına görə Macarıstana və macar xalqına təşəkkür edib.

Sosial şəbəkə hesabında paylaşım edən nazirlik Stalin rejiminin yaratdığı süni aclıqla bugünkü hadisələr arasında paralel apararaq Kremlin Ukrayna xalqının kimliyini yox etmək cəhdlərini davam etdirdiyini bildirib. Açıqlamada Rusiyanın Qara dənizdəki blokadasının qlobal ərzaq təhlükəsizliyini riskə atdığı vurğulanıb. Həmçinin bildirilib ki, Ukrayna məhsullarının dünya bazarlarına tranzitinə mane olmayan Macarıstanla qlobal ərzaq təhlükəsizliyini gücləndirmək üçün birgə iş aparılır.

Ukrayna Xarici İşlər Nazirliyi qarşıdan gələn sərt qış ərəfəsində Macarıstanın göstərdiyi humanitar yardıma görə də minnətdarlığını bildirib və açıqlamasını “Təşəkkür edirik! Birlikdə daha güclüyük” sözləri ilə yekunlaşdırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp