Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər Nazirliyi bildirib ki, xarici işlər naziri Varsen Ağabekian Şahin Ramallahda Çin Xalq Respublikasının Fələstinə yeni təyin olunmuş səfiri Sun Jenin etimadnaməsinin surətini qəbul edib.

Nazirliyin açıqlamasına görə, Şahin görüş zamanı səfir Sun Jenə yeni vəzifəsində uğurlar arzulayıb və Fələstinlə Çin arasındakı tarixi dostluq münasibətlərini vurğulayıb. O, həmçinin Çinin Fələstin xalqına verdiyi dəstəyi və Qəzzaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.

Açıqlamada bildirilib ki, səfir Sun Jen Çinin Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu dəstəkləməyə davam edəcəyini, iki dövlətli həll mövqeyini qoruyacağını və Fələstinlə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi davam etdirəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp